Göyərtəsində sərnişinlərin olduğu təyyarəni ildırım vurub

12:30 - 28 Noyabr 2023 - DÜNYA

İrlandiyanın Ryanair aviaşirkətinə məxsus sərnişinlərin olduğu təyyarəni uçuş zamanı ildırım vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Aviation Herald” portalı yazıb.

Hadisə noyabrın 25-də Buxarestdən (Rumıniya) Peskaraya (İtaliya) uçan təyyarədə baş verib. Təyyarə təyinat hava limanına yaxınlaşarkən ildırım vurub.

Təyyarə İtaliya şəhərinin hava limanına təhlükəsiz eniş edib.

Sərnişinlərdən heç birinin xəsarət almadığı qeyd edilir. 

Xəbər xətti