İrlandiyanın Ryanair aviaşirkətinə məxsus sərnişinlərin olduğu təyyarəni uçuş zamanı ildırım vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Aviation Herald” portalı yazıb.
Hadisə noyabrın 25-də Buxarestdən (Rumıniya) Peskaraya (İtaliya) uçan təyyarədə baş verib. Təyyarə təyinat hava limanına yaxınlaşarkən ildırım vurub.
Təyyarə İtaliya şəhərinin hava limanına təhlükəsiz eniş edib.
Sərnişinlərdən heç birinin xəsarət almadığı qeyd edilir.