Rusiyada universitetdə 49 tələbə zəhərlənib

12:26 - 28 Noyabr 2023 - DÜNYA

Sankt-Peterburqda 50-yə yaxın tələbə yeməkxanada nahardan sonra zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, 49 hadisə qeydə alınıb, 12 nəfər Sankt-Peterburq Botkin xəstəxanasının yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra yeməkxanaya xidmət göstərən şirkətdə yoxlama aparılıb. Məlum olub ki, istehsal prosesləri pozulub, istehsalçının markası yoxdur, saxlama müddəti ötmüş məhsullar var və s.

Məhkəmə yeməkxananın işini 45 gün müddətinə dayandırıb.

Xəbər xətti