İsrailin HƏMAS ilə münaqişədə nə qədər pul xərclədiyi məlum olub

11:58 - 28 Noyabr 2023 - DÜNYA

İsrail Mərkəzi Bankı Fələstinin HƏMAS hərəkatı ilə münaqişənin maliyyə xərclərini 198 milyard şekel (təxminən 53 milyard dollar) qiymətləndirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin maliyyə tənzimləyicisinin rəsmi saytındakı hesabatında deyilir.

Eyni zamanda, İsrail Mərkəzi Bankı qeyd edib ki, bu məbləğin 107 milyard şekel müdafiə xərclərinin payına düşür ki, bu da təqribən 28,8 milyard dollara bərabərdir. Pulun qalan hissəsi birbaşa və ya dolayı zərərə, mülki xərclərə, əhaliyə ödənişlərə gedir.

Xəbər xətti