Qəzzada ölənlərin sayı 15 mini keçib

08:55 - 28 Noyabr 2023 - DÜNYA

Oktyabrın 7-dən bəri Qəzza zolağında 15 mindən çox insan həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı Fələstin anklavının hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Həlak olanlar arasında 6,15 minə yaxın uşaq və 4 min qadın var.

Həmçinin İsrailin Qəzza zolağına zərbələri nəticəsində 207 tibb işçisi, 26 yerli mülki müdafiə məmuru və 70 jurnalist həlak olub.

36 mindən çox fələstinli müxtəlif dərəcəli xəsarətlər alıb, onların 75%-ni uşaq və qadınlar təşkil edib.

Xəbər xətti