Çin özünün yeni nəsil kompüter prosessoru Loongson 3A6000-ni təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Loongson 3A6000 prosessoru Çində müstəqil olaraq hazırlanmış təlimat dəstindən və arxitekturadan istifadə edir və heç bir xarici lisenziyalı texnologiyanın istifadəsindən asılı deyil.
"Prosessorun təqdimati nümayiş etdirir ki, Çinin müstəqil şəkildə inkişaf etdirilmiş mərkəzi emal qurğuları avtonom idarəolunma və performans baxımından yeni zirvələrə çatıb", - məlumatda deyilir.