Kuril adalarının cənub qrupu yaxınlığında (Saxalin vilayəti) dənizdə 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
Zəlzələnin ocağı 59 km dərinlikdə yerləşib.
Seysmoloqun sözlərinə görə, gücü 3 bala qədər olan yeraltı təkanlar İturup adasının sakinləri, 2 bala qədər isə qonşu Kunaşir adası tərəfindən hiss olunub.