Kuril adaları yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib

08:36 - 28 Noyabr 2023 - DÜNYA

Kuril adalarının cənub qrupu yaxınlığında (Saxalin vilayəti) dənizdə 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Zəlzələnin ocağı 59 km dərinlikdə yerləşib.

Seysmoloqun sözlərinə görə, gücü 3 bala qədər olan yeraltı təkanlar İturup adasının sakinləri, 2 bala qədər isə qonşu Kunaşir adası tərəfindən hiss olunub. 

Xəbər xətti