Üç min çeçen döyüşçüsü Ukraynaya getməyə hazırdır - Kadırov

00:22 - 28 Noyabr 2023 - DÜNYA

Üç min çeçen döyüşçüsü Ukraynadakı xüsusi əməliyyat zonasına getməyə hazırdır

Ucnoqta.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.

Struktur olaraq onlar Müdafiə Nazirliyinin və Milli Qvardiyanın bölmələrinin - Axmat-Rusiya və Axmat-Çeçenistan alaylarının, Şeyx Mənsur və Baysanqur Benoyevski adına batalyonların tərkibinə daxildir.

“Döyüşçülər artıq nasist və NATO təcavüzünə qarşı çıxmaq üçün Ukrayna döyüş zonasına getməyə hazırdırlar”, - o qeyd edib.

Kadırovun sözlərinə görə, əksər döyüşçülərin artıq iştirak təcrübəsi var.

Xəbər xətti