Bolqarıstan Sergey Lavrovun təyyarəsinin öz hava məkanında uçmasına icazə verib
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, Bolqarıstan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin Şimali Makedoniyada keçiriləcək ATƏT-in sammitində iştirak etmək üçün ölkə üzərindən uçmasına icazə verib.
“Bəli, biz təsdiq edirik”, - deyə diplomatik nümayəndəlik müvafiq suala cavab verib.