Ukrayna MDB ölkələrinin daha bir razılaşmasından çıxıb

22:36 - 27 Noyabr 2023 - DÜNYA

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın MDB-yə üzv ölkələr arasında hərbi pensiyaçılar və onların ailə üzvləri üçün sosial və hüquqi təminatlar haqqında sazişdən çıxması haqqında fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Ukrayna bu sazişə əlavə protokoldan çıxıb.

Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edib.

Xəbər xətti