Papa Fransisk venadaxili antibiotiklərlə müalicə olunur, lakin pnevmoniya diaqnozu qoyulmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.
"Tədqiqatların nəticələri pnevmoniyanı istisna etdi, lakin tənəffüs çətinliyinə səbəb olan iltihablı proses aşkar edildi. Terapiyanı daha təsirli etmək üçün antibiotik venadaxili olaraq tətbiq olunur" - Bruni deyib.