İsrail atəşkəsin uzadılması üçün HƏMAS-dan cavab gözləyir

11:57 - 27 Noyabr 2023 - DÜNYA

İsrail hakimiyyəti 20 girovun azad edilməsi müqabilində Qəzza zolağında atəşkəsin iki gün uzadılması ilə bağlı Fələstinin radikal HƏMAS hərəkatının cavabını gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, humanitar atəşkəsin uzadılması üçün HƏMAS digər qruplar tərəfindən saxlanılan daha 40-a yaxın girov, qadın və uşaq haqqında Təl-Əvivə məlumat verməlidir. . O qeyd edib ki, Dohada neçə girov “tapa biləcəkləri” barədə dəqiq məlumat yoxdur.

Xəbər xətti