Ermənistan KTMT-nin müttəfiqi olaraq qalır - Baş katib

11:15 - 27 Noyabr 2023 - DÜNYA

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu TASS-a KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

"Məncə, bu vəziyyətdən qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Məncə, bu, hər şeyi deyir. Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub.Hər halda, bu, müstəqil və suveren bir dövlətin qərarıdır ki, heç bir əsası yoxdur. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır” - baş katib qeyd edib.

Xəbər xətti