Türkiyə sahillərində yük gəmisi quruya çıxıb

10:28 - 27 Noyabr 2023 - DÜNYA

Kamboca bayraqlı yük daşıyıcısı Vamos Türkiyənin Qara dəniz sahilində Kastamonu əyaləti yaxınlığında fırtına şəraitində quruya çırpılıb.

Ucnoqta.az xəbər verri ki, bu barədə A Haber telekanalı məlumat yayıb. Gəminin göyərtəsində ikisi Türkiyə vətəndaşı olmaqla 11 dənizçi olub.

Məlumata görə, xilasedicilər bazar ertəsi səhər yük gəmisinin dənizçilərini təxliyə etməyə başlayıblar, lakin bu, güclü külək səbəbindən çətinləşib.

Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, Liviya bayrağı altında üzən “Kevalay Queen” motor gəmisinin mühərriki də Boğaziçi Boğazdan Mərmərə dənizinə çıxışda sıradan çıxıb və nəticədə o, sahilə doğru hərəkət edib . 147 metrlik gəmi Yedəklə Axırkapı lövbərinə gətirilib.

Xəbər xətti