Yəmən sahillərində tanker qaçıranlar təslim olub

08:42 - 27 Noyabr 2023 - DÜNYA

Yəmən sahillərində "Central Park" tankerini qaçıran beş nəfərin hamısı təslim olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un qeyd etdiyi kimi, insident zamanı gəmilərin heç birinə heç bir ziyan dəyməyib.

"Dəniz təhlükəsizliyi regional sabitlik üçün vacibdir. Biz beynəlxalq gəmiçilik zolaqlarının təhlükəsizliyini təmin etmək üçün müttəfiqlər və tərəfdaşlarla işləməyə davam edəcəyik", - CENTCOM-un rəhbəri Maykl Kurill açıqlamasında bildirib.

Xəbər xətti