Hindistanda bir gündə 20 nəfəri ildırım vurub öldürdü

08:22 - 27 Noyabr 2023 - DÜNYA

Hindistanın qərbindəki Qucarat ştatında son 24 saat ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Fövqəladə Halların İdarəetmə Mərkəzinin bülletendə bildirdiyi kimi, səbəb ilin bu vaxtı qeyri-adi güclü tufanlar olub.

"İndiyədək Qucaratın müxtəlif yerlərindən ümumilikdə 20 ölüm faktı qeydə alınıb. Bütün bu ölümlər bazar günü ştatda yağan qeyri-mövsüm yağışlar zamanı ildırım vurması nəticəsində baş verib", - departamentdən bildiriblər.

Xəbər xətti