Konor Makqreqora qarşı istintaqa başladı

08:04 - 27 Noyabr 2023 - DÜNYA

İrlandiya polisi etnik ədavəti qızışdırmaqda şübhəli bilinən keçmiş UFC çempionu Konor Makqreqora qarşı istintaqa başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Telegraph yazıb.

Buna səbəb X sosial şəbəkəsində Dublindəki iğtişaşlar zamanı döyüşçünün yazdığı yazılar olub. Etirazlar bir kişinin üç uşağı yaralamasından sonra başlayıb.

Ölkədə yayılan şayiələrə görə, cinayətkar miqrantdır.

Xəbər xətti