İrlandiya polisi etnik ədavəti qızışdırmaqda şübhəli bilinən keçmiş UFC çempionu Konor Makqreqora qarşı istintaqa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Telegraph yazıb.
Buna səbəb X sosial şəbəkəsində Dublindəki iğtişaşlar zamanı döyüşçünün yazdığı yazılar olub. Etirazlar bir kişinin üç uşağı yaralamasından sonra başlayıb.
Ölkədə yayılan şayiələrə görə, cinayətkar miqrantdır.