İsrail atəşkəsin uzadılmasını müzakirə edir - KİV

07:32 - 27 Noyabr 2023 - DÜNYA

İsrailin hərbi kabineti Qəzza zolağında atəşkəs rejiminin dörd günlük müddətindən sonra uzadılmasını müzakirə edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, müzakirə Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri daha çox girovların azad edilməsi müqabilində atəşkəsi daha da uzatmağa hazır olduqlarını bildirdikdən sonra başlayıb.

Xəbər xətti