Şimali Koreyanın kəşfiyyat peyki ABŞ-ın hərbi bazasının görüntülərini çəkib

09:50 - 25 Noyabr 2023 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın kəşfiyyat peyki tərəfindən çəkilmiş ABŞ-ın nüvə enerjili təyyarədaşıyan “Karl Vinson” gəmisinin fotoşəkillərinə baxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilir ki, peyk Busan, Pohanq və Ulsan da daxil olmaqla “düşmən ərazisindəki mühüm hədəf bölgələrinin” fotoşəkillərini çəkib. Xüsusilə, Amerika təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Busan limanında olub. Bundan əlavə, kəşfiyyat peyki Havay adaları üzərində uçaraq Pearl Harbor-Hickam hərbi bazasının görüntülərini çəkib.

Xəbər xətti