Türkiyə SQ İraqın şimalında PKK hədəflərinə zərbə endirib

23:08 - 24 Noyabr 2023 - DÜNYA

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-nın 17 hədəfini məhv edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, əməliyyatlar İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələrində həyata keçirilib.

"İraqın şimalında həyata keçirilən hava əməliyyatı zamanı 17 terrorçu hədəfi məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib. Qətiyyətimiz tamdır", - nazirliyin bəyanatında deyilir.

Xəbər xətti