Netanyahu girovların qaytarılmasının birinci mərhələsinin başa çatdığını açıqlayıb

21:56 - 24 Noyabr 2023 - DÜNYA

İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb, ölkə hakimiyyəti bütün məhbusların azad edilməsinə nail olmaq və anklavda hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirmək niyyətindədir.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

"Biz qaçırılan uşaqlarımızı, onların analarını və digər qadınları geri qaytarmağın birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma mən sizə, ailələrə və İsrail vətəndaşlarına vurğulayıram: biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq”, - deyə onun ofisi hökumət başçısının bəyanatlarını yayıb.

Xəbər xətti