"Lex" və Polşa millisinin müdafiəçisi Bartoş Salamon antidopinq qaydalarını pozduğuna görə UEFA tərəfindən 8 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
32 yaşlı Salamon mart ayında qadağan olunmuş sidikqovucu xlortalidon üçün müsbət nəticə verib. O, bu sınağı Konfrans Liqasında İsveç "Djurgardens"i ilə oyundan (3:0) sonra verib.
Salamonun aprelin 13-də başlayan diskvalifikasiyası dekabrın 13-də başa çatacaq.
Salamon Polşa millisində 11 oyun keçirib.