Kanada Ukrayna Silahlı Qüvvələrinə kömək etmək üçün 11 min tüfəng və onlar üçün böyük miqdarda sursat bağışlamaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, Baş nazir Castin Trüdo bu barədə noyabrın 24-də bəyan edib.
“Bu gün mən elan edirəm ki, Kanada Ukraynaya 11 mindən çox avtomat və 9 milyondan çox patron verəcək” - Trüdo Kanadanın Sent Cons şəhərində keçirilən mətbuat konfransında deyib.