Ermənistan KTMT-dən çıxır? - Paşinyandan AÇIQLAMA

16:49 - 24 Noyabr 2023 - DÜNYA

KTMT-dən çıxmaqla bağlı Ermənistan Respublikasının maraqlarına uyğun olaraq bu və ya digər qərarların qəbul edilməsi üçün siyasi iradə var. Niyə hələ də qərar yoxdur (çıxışla bağlı – red.)? Biz Ermənistanın dövlət maraqlarından çıxış edəcəyik.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O, bildirib ki, siyasi iradə olmasaydı, müəyyən bəyanatlar verməzdik:

"Bizim sübutlarımız onu deməyə əsas verir ki, KTMT-nin hərəkətsizliyi və ya hərəkəti KTMT-nin Ermənistan qarşısında götürdüyü öhdəliklərə cavab vermir. Bunlar Ermənistanın maraqlarına cavab vermir. Biz bu haqda danışırıq. Əvvəlcə ictimaiyyətə danışmadıq, sonra hər şeyi açıq elan etdik. Biz KTMT-ni tam başa düşmək və mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətə qədər hər şeyi etmək istəyirik.

KTMT-dəki tərəfdaşlarımız da bizi başa düşməlidirlər. Əgər biz KTMT üzvləri olaraq bizə lazım olan yardımı və dəstəyi ala bilmiriksə, eyni zamanda üzvlük qarşı tərəfdən kömək almaq üçün keçilməz maneədirsə, o zaman öz maraqlarımıza əsaslanaraq qərar verməliyik".

Xəbər xətti