İordan çayının qərb sahilində antiterror reydləri zamanı İsrail təhlükəsizlik qüvvələri 2-si Qəzza zolağında hakim HƏMAS hərəkatının tərəfdarı olan 10 fələstinlini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yudeya və Samariyanın müxtəlif ərazilərində birgə antiterror əməliyyatları zamanı İsrail Müdafiə Qüvvələri, Sərhəd Polisi və Baş Təhlükəsizlik qüvvələri axtarışda olan 2-si HƏMAS təşkilatının tərəfdarı olmaqla 10 şübhəlini saxlayıb.