Yaponiyanın baş naziri Kişida naməlum səbəbdən ötən gecəni öz iqamətgahında deyil, oteldə keçirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Kişida dünən axşam saat 20 radələrində iqamətgaha qayıtsa da, bir saat sonra çıxıb və oteldə gecələyib. Siyasətçinin ətrafındakılar deyirlər ki, hər şey hansısa avadanlığın nasazlığı ilə bağlıdır, lakin hansının olduğunu demirlər.
Hökumət bunun müvəqqəti tədbir olduğunu və Kişidanın bu gün iqamətgahına qayıdacağını qeyd edir.