Qəzzada 100-dən çox humanitar yardım işçisi həlak olub

12:18 - 24 Noyabr 2023 - DÜNYA

Qəzza zolağında müxtəlif humanitar təşkilatların 100-dən çox işçisi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bunu Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Janez Lenarçiç deyib. 
Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Janez Lenarçiç deyib ki, söhbət BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi, Dünya Ərzaq Proqramı, milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri kimi təşkilatlardan gedir.

“Bundan əlavə, çoxlu qadın və uşaq da daxil olmaqla 15 minə yaxın fələstinli həlak olub” - Lenarçiç qeyd edib.

“Biz ümid edirik ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşma Qəzza zolağına humanitar yardımın tədarükünü əhəmiyyətli dərəcədə artıracaq”, - o vurğulayıb. Lenarçiç həmçinin qeyd edib ki, İordan çayının qərb sahilində humanitar vəziyyət “əsasən ekstremist məskunlaşmaların, eləcə də İsrail təhlükəsizlik qüvvələrinin zorakılığı səbəbindən durmadan pisləşir”.///tass

Xəbər xətti