Çində yol qəzasında 8 nəfər ölüb

09:11 - 24 Noyabr 2023 - DÜNYA

Çinin şimal-qərbində Qansu əyalətində mikroavtobusla pikapın toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qəza saat 08:10-da Minqin dairəsində baş verib. Kənd yolunda iki avtomobil toqquşub və yanğın başlayıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Polis hadisənin səbəbini müəyyənləşdirir. 

Xəbər xətti