Çinin şimal-qərbində Qansu əyalətində mikroavtobusla pikapın toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qəza saat 08:10-da Minqin dairəsində baş verib. Kənd yolunda iki avtomobil toqquşub və yanğın başlayıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Polis hadisənin səbəbini müəyyənləşdirir.