İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində iki fələstinli jurnalist həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Jurnalist Amal Zuhd və ailəsi cümə günü səhər saatlarında İsrailin Qəzzadakı evlərinə hücumu nəticəsində həlak olub. Bir gün əvvəl fələstinli fotojurnalist Məhəmməd Ayyaş ailəsinin bir neçə üzvü ilə birlikdə Qəzzanın mərkəzindəki Nuseyratda evlərinin bombalanması nəticəsində həlak olmuşdu.
Fələstin Jurnalistləri Cəmiyyətinin məlumatına görə, İsrailin Fələstin anklavına qarşı döyüşlərə başlamasından bəri Qəzzada 63 media işçisi həlak olub.