Xan Yunisdə Həmas dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlala öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi Telegram kanalı məlumat yayıb.
“Amar Əbu Cəlalə HƏMAS-ın yüksək rütbəli dəniz zabiti olub və dənizdə İDF tərəfindən qarşısı alınan bir neçə terror aktının təşkilində iştirak edib”, - deyə mətbuat xidməti bildirib.
Əbu Cəlaldan başqa, radikal təşkilatın daha bir silahlısının məhv edildiyi bildirilir - hərbi təyyarələrin Xan Yunisi vurduğu məlumdur.