Nyu-York meri cinsi təcavüzdə günahlandırılıb

02:01 - 24 Noyabr 2023 - DÜNYA

Bir qadın Nyu-York meri Erik Adamsı 1993-cü ildə baş verən cinsi təcavüzdə ittiham edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News zərərçəkmişin iddiasına istinadən məlumat yayıb.

Qadın Nyu-Yorkun cinsi təcavüz qanununa əsasən şikayət edib. Sənəddə Adams, NYPD və iki naməlum şəxs müttəhim kimi göstərilir.

Açıqlamada deyilir ki, Adamsın iddia edilən hadisə zamanı polis kapitanı olub. Özü də şəhər işçisi olan qadının sözlərinə görə, 1993-cü ildə bələdiyyə sədri ona “seksual xarakter daşıyan davranış nəticəsində fiziki, psixoloji və digər xəsarətlər yetirib”.

2022-ci ilin may ayında qəbul edilmiş ştat qanunu, iddia müddəti bitmiş cinsi cinayətlərin qurbanlarına mülki iddia qaldırmağa icazə verir.

Şəhər meri bu ittihamları qəti şəkildə rədd edir.

Xəbər xətti