ABŞ-ın İraqdakı iki bazasına PUA hücumu olub

00:03 - 24 Noyabr 2023 - DÜNYA

İraqın İslam Müqaviməti” şiə hərəkatının döyüşçüləri ölkə ərazisində ABŞ hərbçilərinin olduğu iki hərbi bazaya hücum ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram-kanalında dərc olunan mesajda deyilir.

Məlumata görə, hücumlar İraqın şimalındakı İraq Kürdüstanında Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən baza, eləcə də Ənbar vilayətindəki Ayn əl-Əsəd bazasını hədəf alıb. Hücumların hədəfləri vurmağa müvəffəq olduğu iddia edilən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi iddia edilir.

Xəbər xətti