Estoniya hələlik Rusiya ilə sərhədi bağlamaq fikrində olmadığını bildirib

23:33 - 23 Noyabr 2023 - DÜNYA

Estoniya Finlandiyadan nümunə götürməyəcək və Rusiya ilə sərhədi indi bağlamayacaq. 

Ucnoqta.az xəbər verir ki, bunu Delfi portalının sözlərindən sitat gətirən Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Länemets deyib.

“Sərhəddə miqrantların həyatı və sağlamlığının təhlükə altında ola biləcəyi bir vəziyyət yaranarsa, o zaman sərhədi bağlamaq barədə düşünməli olacağıq”, - Daxili İşlər Nazirliyinin rəhbəri deyib. Lakin o hesab edir ki, belə bir vəziyyət hələ yaranmayıb.

Läänemets qeyd edib ki, Estoniya miqrant problemi ilə Finlandiyadan fərqli şəkildə məşğul olur. “Biz bu məsələni Finlandiyadakından bir az fərqli həll etdik. Finlandiyada onlar sərhəd məntəqəsinə, Estoniyada isə iki sərhəd məntəqəsi arasında yerləşən sərhəd xəttinə çatırlar”, - nazir qeyd edib.

Xəbər xətti