Ukraynadan Rusiyaya qarşı sanksiya

22:26 - 23 Noyabr 2023 - DÜNYA

Ukrayna Rusiya da daxil olmaqla 147 fiziki və 303 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, müvafiq sərəncamlar prezidentin internet saytında dərc olunub. Sanksiya siyahısına daxil edilənlər arasında Yandex korporativ inkişaf müşaviri Aleksey Kudrin və Rusnano şirkətinin keçmiş rəhbəri Anatoli Çubays da var.

Hüquqi şəxslər arasında sanksiya siyahısına aviasiya, tikinti və texnologiya sahələrində fəaliyyət göstərən, xüsusən də Rusiya, Kipr, Çin və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər daxildir.

Xəbər xətti