"Bəzi KTMT tərəfdaşlarımızın hərəkətləri təxribatdır" - Lukaşenko

17:34 - 23 Noyabr 2023 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bəzi tərəfdaşların bəyanatları və hərəkətlərinin təxribat xarakterli olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bunu Belarus lideri KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası çərçivəsində məhdud tərkibdə keçirilən görüşdə qeyd edib. 

"Bizim bir masa arxasında toplaşmağımızın özü onu deməyə əsas verir ki, biz dövrün çağırışlarına adekvat cavab veririk və qiymətləndiririk və onlarla birlikdə mübarizə aparmağa hazırıq. Bəzi partnyorlarımızın həm ictimai bəyanatlarda, həm də təxribat xarakterli hərəkətlərində əsəbiləşmələri ilk növbədə onların problemidir”, - dövlət başçısı deyib.///tass

Xəbər xətti