KTMT-nin sammitində Ermənistandan heç kimin olmadığına təəssüflənirik - Kreml

17:24 - 23 Noyabr 2023 - DÜNYA

Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirilən sammitində erməni nümayəndələrinin iştirak etməməsinə təəssüflənir və ümid edir ki, İrəvan öz xarici siyasətinin vektorunu dəyişməyəcək və Moskvanın müttəfiqi olaraq qalacaq

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bununla bağlı təəssüf hissi keçirə bilərik. KTMT öz işini davam etdirir" - Kreml sözçüsü qeyd edib.

Peskov bildirib ki, sammitin gündəliyinə “qondarma erməni faktoru” və bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb. "Əlbəttə, KTMT Ermənistanın iştirakını davam etdirməkdə maraqlıdır. Ümid edirik ki, Ermənistan xarici siyasətinin vektorunu dəyişməyəcək, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət baxımından bizim müttəfiqimiz, strateji tərəfdaşımız olaraq qalacaq. Biz bunu onlarla danışmağa davam edəcəyik. ”, - deyə Rusiya liderinin mətbuat katibi yekunlaşdırıb.

Xəbər xətti