Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılır?

14:32 - 23 Noyabr 2023 - DÜNYA

Ermənistan KTMT və Aİİ-dən çıxmaq imkanlarını nəzərdən keçirmir

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə respublikanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

Bildirilir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq imkanlarını nəzərdən keçirmir, həmçinin Rusiyanın 102-ci hərbi bazasının Gümrü şəhərindən çıxarılması məsələsini qaldırmağı planlaşdırmır. 

“Hazırda bizim gündəliyimizdə belə mövzular yoxdur”, - deyə o, jurnalistin müvafiq sualına toxunub.

Xəbər xətti