İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində döyüş əməliyyatlarını yenidən dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Edri X şəbəkəsində məlumat verib.
Edri əlavə edib ki, Qəzza şəhərinin Cəbəliyyə və Şücaiyyə bölgələrinin sakinlərinin təxliyyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 16:00-a qədər fəaliyyət göstərəcək. Marşrut Salah ed-Din yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək.