İranın xarici işlər naziri Livanda Hizbullahın baş katibi ilə görüşüb

12:36 - 23 Noyabr 2023 - DÜNYA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livana səfəri çərçivəsində Şiə Hizbullah Partiyasının baş katibi Həsən Nəsrullah ilə görüşüb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Manar” telekanalı məlumat yayıb.

Məlumata görə, regionda baş verən son hadisələri və tərəflərin İsrailin Qəzza zolağına təcavüzünü dayandırmaq üçün göstərdikləri səyləri müzakirə edilib.

Xəbər xətti