Hikmət Hacıyev xarici diplomatlarla müzakirə apardı

12:18 - 23 Noyabr 2023 - SİYASƏT

ADA Universitetində müxtəlif ölkədən olan bir qrup diplomatla regional və qlobal məsələlərlə bağlı geniş müzakirə təşkil edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

"Xəzər Hövzəsi Araşdırmaları Proqramı çərçivəsində müxtəlif ölkədən olan bir qrup görkəmli diplomat qarşısında çıxış etməyə, regional və qlobal məsələlərlə bağlı daha geniş müzakirə və fikir mübadiləsi aparmağa dəvət etdiyinə görə ADA Universitetinə təşəkkür edirəm",-qeyd edilib.

Xəbər xətti