İmran Xanın noyabrın 28-də məhkəməsi olacaq

11:01 - 23 Noyabr 2023 - DÜNYA

Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xan noyabrın 28-də “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edilərək xüsusi məhkəmə qarşısına çıxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters yazlb.

Məhkəmə iclası İslamabaddakı Federal Məhkəmə Kompleksində keçiriləcək. İclasda iştirak sabiq baş nazirin 2023-cü ilin avqustunda həbs olunduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olacaq.

Xəbər xətti