Çin ordusunun 25 təyyarəsi Tayvan yaxınlığında görünüb

06:52 - 23 Noyabr 2023 - DÜNYA

Tayvan silahlı qüvvələri bir gündə Çin Ordusunun 25 təyyarəsi və 8 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edilir ki, 12 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və cənub-şərqindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Bunlara altı J-10 qırıcısı, iki J-16, bir Y-8 sualtı əleyhinə təyyarə, bir Y-9 elektron müharibə təyyarəsi və iki H-6 strateji bombardmançı daxildir.///tass

Xəbər xətti