ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmines Qırmızı dənizdə Yəməndə husi üsyançılarının nəzarətində olan ərazilərdən buraxılan bir neçə kamikadze pilotsuz təyyarəni vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti X şəbəsində məlumat yayıb.
"Noyabrın 23-də Yəmən səhər saatlarında Tomas Hudner esminesi Yəmənin husilərin nəzarətində olan ərazilərdən atılan bir neçə kamikadze hücumu həyata keçirən pilotsuz təyyarələri vurub. Pilotsuz təyyarələr gəmi Qırmızı dənizdə patrul xidməti həyata keçirərkən vurulub", - məlumada bildirilib.
Qeyd olunur ki, hadisə nəticəsində nə gəmi, nə də onun heyəti xəsarət almayıb