Filippində 4 uşaq yanğında ölüb

06:10 - 23 Noyabr 2023 - DÜNYA

Filippinin Sebu şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən yarım saat davam edib. Yaşları 11 aydan 11 yaşa qədər olan 4 uşaq dünyasını dəyişib. Bir qadın və bir kişi də yaralanıb.

 Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Xəbər xətti