Şimali Koreya noyabrın 23-nə keçən gecə Yaponiya dənizinə doğru naməlum tipli ballistik raket atıb.
Ucnoqta.az-ın məlumatına görə, Yonhap xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verir ki, ehtimala görə, buraxılış uğursuz olub.
Qeyd edildiyi kimi, ballistik raket çərşənbə günü saat 23:05-də Pxenyan yaxınlığındakı Sunan aerodromundan buraxılıb. Cənubi Koreya və Amerika kəşfiyyat xidmətlərinin buraxılışı təhlil etdiyi vurğulanır.