Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, həmçinin 45 pilotsuz uçuş aparatını vurulub.
"Donetskinn Vozdvijenka qəsəbəsi ərazisində hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub. Bundan başqa, yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı məhv edilib”, - məlumatda qeyd olunur.