Ermənistanın Minskdə keçiriləcək KTMT sammitində iştirak etməmək qərarı təəssüf doğurur.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyini və sabitliyini möhkəmləndirməyə kömək edəcək. Eyni zamanda başa düşürük ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanları işinə mane olmaq niyyətində deyillər”, - .Zaxarova qeyd edib.
O, həmçinin qeyd edib ki, rəsmi Yerevanın yanaşmaları “qapıları açıq qoyur və bizə gələcəkdə təşkilatın işinə qoşulmağa imkan verir”.